Draft:Elxan Məmmədli Ələkbər

From Wikipedia, the free encyclopedia

Elxan Məmmədli Ələkbər  (13 oktyabr 1997-cü il , İsmayıllı rayonu Zoğallıq kəndi –19  Sentyabr 2023, Xocavənd rayonu ) — Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandalığı -leytenantı, Lokal xarakterli antiterror  şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elxan Məmmədli  1997-ci il oktyabrn  13-də İsmayıllı rayonu Zoğallıq kəndində dünyaya göz açmışdır.

Subay idi.

Təhsili[redaktə | mənbəni redaktə et][edit]

  İbtidai təhsilinə 2004-cü ildə  Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbin birinci sinifinə gedib 2015-ci ildə həmin məktəbin 11 ci sinifini bitirib.Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsinə qəbul olub.2019 –cu ildə oranı bitirərək məzun olub.

Hərbi xidməti[edit]

 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.O, Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.Ordudan təxris olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində »Ehtiyat zabit hazırlığı»kursu keçib.Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsi alıb.O,Azərbaycan Respublikası Müdafiə Nazirliynin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq  həqiqi hərbi xidmət  hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb.Xocalı,Şuşa,Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib.Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Daha sonra -15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi «Komonda» Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul «Komando başlanğıc kursu»-nu müvəffəqiyyətlə başa vurub,»Komando» Dağ Təlimi Mərkəzinin komandalığı tərəfindən sertifikata laiq görülüb.Elxan Məmmədli Komando əməliyyat qrupunda «Kəşfiyyat komandiri» vəzifəsində xidmət göstərib.

Ölümü və dəfn mərasimi[edit]

Leytenant Elxan Məmmədli  2023-cü il sentyabrn 19 da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb,öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib .Həmin gün  sentyabrn 19-da Xocavəndin azadlığı uğrunda  gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.

21 sentyabr tarixində Leytenant Elxan Məmmədli avtomobil karvanı ilə  İsmayıllı rayonuna gətirilərək Zağallıq kənd qəbiristanlığnda torpağa tapşırılmışdır. Mərasimdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Hospitalının rəisi Polkovnik-leytenant Eyvaz Şükürov,Ismayilli rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı rayon Millət vəkili Novruzəli Aslanov, Ağsu rayon Millət vəkili Tahir Kərimli, İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyətinin əməkdaşları, Hüquq-mühafizə orqanlarının  rəhbərləri və bir çox şəhid ailələri  iştirak edib.

Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasına sadiqliyə görə,vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra  "Vətənə xidmətə görə" 3-cü dərəcəli orden ilə təltif edildi.

Təltifləri[edit]

(7 noyabr 2023) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

(7 noyabr 2023) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni (ölümündən sonra)

References[edit]